Səudiyyə Ərəbistanında 75 futbolçuda koronavirus aşkarlandı

12 İyul 2020 01:52 Dünya futbolu 393
Səudiyyə Ərəbistanında 75 futbolçuda koronavirus aşkarlandı

Səudiyyə Ərəbistanının iki liqasında 75 futbolçu koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu, aparılmış test nəticəsində müəyyənləşib. Superliqada 50 futbolçu, 47 məşqçi və 16 rəsmi şəxsdə cavablar müsbət çıxıb. I Liqada isə 25 futbolçu yoluxub.

Başa çatdırılmağa 8 turu qalan Səudiyyə Ərəbistanı çempionatı avqustun 4-də bərpa olunacaq və sentyabrın 9-da yekunlaşacaq.

Ölkədə futbol yarışları martın 14-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Səudiyyə Ərəbistanında azarkeşsiz idman məşqləri iyunun 21-dən bərpa olunub.

Səudiyyə Ərəbistanında 22 turdan sonra "Əl Hilal" 51 xalla 1-ci, "Əl Nəsr" 2-ci yerdə gedir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!