Premyer Liqa təmsilçisi yeni transferini səhv saldı

10 İyul 2020 11:20 Dünya futbolu 604
Premyer Liqa təmsilçisi yeni transferini səhv saldı

Sportinfo.az xəbər verir ki, "Rostov" kuryoz hadisə ilə gündəmə gəlib.

Premyer Liqa təmsilçisi Yaponiyanın "Tokio" komandasından transfer etdiyi Kento Hasimotonu təqdim edərkən səhvə yol verib.

Klub onun əvəzinə Almaniya "Verder"inin hücumçusu Yuya Osakanın fotosunu paylaşıb. Bu isə yaponiyalı azarkeşlərin narazılığına səbəb olub. Onlar şərhlərdə klubu tənqid ediblər.

Sonradan "Rostov" səhvini düzəldib. Yaponiya millisinin üzvü olan Kento Hasimotonun "Rostov"la 4 illik müqavilə imzalayacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti