“Koronavirus dəyişkiliyi” gələn mövsüm də qalacaq?

9 İyul 2020 18:34 Dünya futbolu 517
“Koronavirus dəyişkiliyi” gələn mövsüm də qalacaq?

Beş əvəzetmə qaydası növbəti mövsümdə də qüvvədə ola bilər.

Sportinfo.az xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) bununla bağlı müzakirə aparıb.

Müzakirə nəticəsində qaydanın növbəti mövsümdə də qüvvədə olması ilə bağlı qərar verilib. Qərarın yaxın günlərdə elan edəcəyi gözlənilir. Amma bununla bağlı federasiyaların müstəqil qərar vermək səlahiyyəti olacaq.

Yəni qərardan yararlanıb-yararlanmamaqla bağlı müstəsna hüquq federasiyalarda olacaq. 5 əvəeztmə ilə bağlı qərar koronavirusa görə yaranan uzun fasilədən sonra qəbul edilmişdi. Bununla, futbolçuların zədədən qorunmasının qarşısını almağa cəhd göstərirlər.

Digər Xəbərlər
Xəbər Lenti