Nə Messi, nə də Ronaldo var - Van Persinin “Qızıl top”a namizədləri

9 İyul 2020 13:40 Dünya futbolu 2 148
Nə Messi, nə də Ronaldo var - Van Persinin “Qızıl top”a namizədləri

Hollandiya yığmasının sabiq futbolçusu Van Persi bu il “Qızıl top”u kimin alacğı ilə bağlı proqnoz verib.

Sportinfo.az xəbər verir ki, Van Persi əsas 3 namizədin adını çəkib. Amma bu namizədlər arasında nə Lionel Messi, nə də Kriştiano Ronaldo var.

Hollandın proqnozuna görə, “Qızıl top”a əsas namizədlər bu futbolçulardır: Robert Levandovski, Kevin de Bryune, Sadio Mane.

Məsələ burasındadır ki, bukmeker kontorları da Levandovskini “Qızıl top”a əsas namizəd hesab edirlər. Onun qələbəsinə 3.50 əmsal verilir. Messiyə 4.00, Ronaldoya isə 5.50 əmsal təklif edilir.

Kevin de Bryune ilə Kilian Mbappenin qələbəsi üçün təklif olunan əmsal 6.50-yə bərabərdir.

Dünyanın ən yaxşı futbolçusu iki versiya əsasında seçilir. “France Football” nəşrinin sorğusunda qalib olan “Qızıl top”a laqyiq görülür. FİFA-nın sorğusunun qalibi isə “The Best” mükafatını qazanır.

“France Football” nəşrinin 1956-cı ildən bəri keçirilən sorğusunda jurnalistlər, FİFA-nın isə 1991-ci ildən keçirilən sorğusunda yığma komandaların məşqçiləri və kapitanlar iştirak edirlər.

Digər Xəbərlər
Xəbər Lenti