Azərbaycanda qazanmaq olar, orada yox - VİDEO

9 İyul 2020 10:24 Dünya futbolu 618
Azərbaycanda qazanmaq olar, orada yox - VİDEO

Ukrayna kubokunun qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Xarkovda baş tutan həlledici qarşılaşmada Kiyev "Dinamo"su "Vorskla" ilə qarşılaşıb.

İlk yarım saatda hərəyə bir dəfə fərqlənən komandalar 120 dəqiqə ərzində qələbə qolunu vura bilməyib - 1:1.

Nəticədə qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada isə 8:7 hesablı üstünlük əldə edən "Dinamo" 2015-ci ildən bəri ilk, ümumilikdə isə 12-ci dəfə kuboku muzeyinə aparıb.

2017/18 mövsümündə "Keşlə"yə Azərbaycan kubokunu qazandıran "Vorskla"nın baş məşqçisi Yuri Maksimov isə eyni uğuru Poltava təmsilçisi ilə təkrarlaya bilməyib. "Vorskla" cəmi 1 dəfə - 2008/09 mövsümündə Ukrayna kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti