Azərbaycan yığması UEFA İnkişaf turnirinə kimlərlə gedir?

16 Avqust 2023 04:00 Milli komanda 699
Azərbaycan yığması UEFA İnkişaf turnirinə kimlərlə gedir?

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası avqustun 20-dən 28-dək Estoniyanın paytaxtı Tallində təşkil ediləcək UEFA İnkişaf turnirində iştirak edəcək.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz turnirdə üç oyun keçirəcək. U-15 avqustun 22-də Bosniya və Herseqovina, 24-də Estoniya və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qeyd olunan turnirə hazırlıq məqsədilə millimiz avqustun 16-dan 20-dək Bakı təlim-məşq toplanışı keçirəcək. Yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək. Hazırlıq prosesinə aşağıda adları qeyd olunan futbolçular çağırılıb.

Tunar Mehdiyev, Amil Abuşov, Pünhan Kərimov (hamısı "Sumqayıt"), Rauf Əyyubov, Toğrul Mehdizadə, Nihad Şirinzadə, Emil Məmmədov, Renat Muştakov, Məhəmməd Çodarov, Nicat Kərimov, Samir Şərifov (hamısı "Sabah"), İmran Lətifov (EFA), Uğur Qurbanlı, Əli Bəşirov, Hüseyn Bayramov, Murad İbrahimli, Polad Hüseynov, Onur Əliyev (hamısı "Qarabağ"), Səttar Tahirzadə ("Neftçi"), Rəşad Gülüşov, Kəmal Mustafazadə (hət ikisi "Leon"), Murad Əliyev ("Kəpəz"), Allahverdi Şirinov ("Qəbələ")

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!