Bakıya gəlməyəcək, 3-4 ay oynamayacaq - "Mançester Siti"nin ulduzu

16 Avqust 2023 02:50 Problem 605
Bakıya gəlməyəcək, 3-4 ay oynamayacaq - "Mançester Siti"nin ulduzu

"Mançester Siti"nin zədəli futbolçusu Kevin De Brüynenin durumu bəlli olub.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın ilk turunun "Börnli" ilə matçında (3:0) sıradan çıxan belçikalı yarımmüdafiəçininin zədəsi ciddidir.

Dizindən zədə alan pleymeker 23-cü dəqiqədə Mateo Kovaçiçlə əvəzlənib.

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 32 yaşlı ulduzun son durumu haqda məlumat verib. İspaniyalı mütəxəssis təcrübəli oyunçunun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.

"Mançester Siti" onu 2015-ci ilin yayında "Volfsburq"dan transfer edib. Belçika millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 358 rəsmi matçda 96 qol və 153 məhsuldar ötürmə ilə yadda qalıb.

Kevin De Brüyne sentyabrda Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.

Daha əvvəl Belçika yığmasının əsas qapıçısı Tibo Kurtua "Real"ın məşqi zamanı sıradan çıxıb. Qolkiperin əməliyyat olunacağı və ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Sentyabrın 9-da Bakıda keçiriləcək Azərbaycan - Belçika oyunu saat 17:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti