Avropanın tanınmış klubu baş məşqçisi ilə yolları ayırdı

30 İyun 2020 22:00 Dünya futbolu 494
Avropanın tanınmış klubu baş məşqçisi ilə yolları ayırdı

"Benfika" baş məşqçisi Brunu Laqe ilə yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

44 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub. Laqe ötən mövsüm Lissabon təmsilçisinə ölkə çempionluğu və Superkuboku qazandırıb.

"Benfika" Portuqaliya çempionatında 2-ci yerdə gedir və lider "Portu"dan 6 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti