Messi indi bu 3 nəfərə həsəd aparır…

30 İyun 2020 18:20 Dünya futbolu 2 236
Messi indi bu 3 nəfərə həsəd aparır…

Goal.com saytı "Qızıl top"a namizədlərin yeni reytinqini təqdim edib.

Sportinfo.az xəbər verir ki, "Bavariya"nın hücumçusu Robert Levandovski ilk pillədəki mövqeyini qoruyub.

Kriştiano Ronaldo ("Yuventus") 2 pillə irəliləyərək 2-ci pilləyə yüksəlib. Kevin De Brüyne ("Mançester Siti") 3-cü pilləyə düşüb. "Barselona"nın hücumçusu Lionel Messi isə ilk "3-lük"dən kənarda qalıb və 4-cü sırada qərarlaşıb.

Goal.com-un versiyasına görə, "Qızıl top"a namizədlərin yeni "TOP-10"u

1. Robert Levandovski ("Bavariya", 1)

2. Kriştianu Ronaldo ("Yuventus",4)

3. Kevin de Brüyne ("Mançester Siti", 2)

4. Lionel Messi ("Barselona", 3)

5. Tomas Müller ("Bavariya", 5)

6. Kərim Benzema ("Real", 8)

7. Neymar (PSJ, 6)

8. Erlinq Holand ("Borussiya", 7)

9. Kilian Mbappe (PSJ, 9)

10.Ceydon Sanço ("Borussiya", 10)

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!