"Messini bağrımıza basar və ona pasport da verərik”

28 İyun 2020 19:40 Dünya futbolu 697
"Messini bağrımıza basar və ona pasport da verərik”

Əfsanəvi alman futbolçu Lotar Matteus Lionel Messi barədə fikirlərini söyləyib.

Sportinfo.az xəbər verir ki, o bildirib ki, Messiyə təzyiqləri başa düşmür:

“İnana bimirəm ki, onu Argentinada tənqid edirlər. Əgər Messini bəyənmirsinizsə, biz onu hər zaman Almaniyada qəbul etməyə hazırıq. Onu bağrımıza basar və pasport da verərik”.

Messi - Maradona müqayisə haqda da danışan Matteus deyib: “Argentinanın bəxti gətirib ki, onun iki böyük futbolçusu var. Argentinalılar isə hələ də bu oyunçulardan hansının daha güclü olduğunu müzakirə edir”.

Digər Xəbərlər
Xəbər Lenti