Azərbaycan millisinin “Sumqayıt”lı futbolçusundan 100...

28 Avqust 2023 13:40 Sumqayıt 1 386
Azərbaycan millisinin “Sumqayıt”lı futbolçusundan 100...

Azərbaycan millisinin futbolçusu Murad Xaçayev “Sumqayıt”ın heyətində yubiley oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, IV turda “Araz-Naxçıvan”la (1:1) keçirilən görüş 25 yaşlı yarımmüdafiəçinin “gənclik şəhəri” təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 100-cü matç olub.

Bunun 87-si Premyer Liqa, 11-i Azərbaycan Kuboku, 2-si isə avrokuboklara təsadüf edib. Xaçayev həmin qarşılaşmalarda 6 qol vurub, 7 məhsuldar ötürmə verib.

Premyer Liqanın III turunda “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov komandanın heyətində 100-cü oyununu keçirmişdi.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!