Yığmamızın futbolçusunun qardaşı öz seçimini etdi

27 İyun 2020 11:34 Dünya futbolu 688
Yığmamızın futbolçusunun qardaşı öz seçimini etdi

Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün qardaşı Orkun Kökçü qərarını verib.

Sportinfo.az xəbər verir ki, "Feyenoord"un yarımmüdafiəçisi bir neçə Avropa nəhəngindən təklif almasına baxmayaraq, komandasında qalmağı üstün tutub.

19 yaşlı futbolçu Niderland klubunda qalacağını və yeni müqavilə imzalayacağını açıqlayıb. O, 2023-cü ilin yayına qədər olan sözləşmə müddətini daha 2 illik uzadacağını söyləyib.

Hələ də milli komanda seçimini etməyən Orkunun Türkiyə yığmasına üstünlük verməsi gözlənilir. Orkun Kökçü cari mövsüm "Feyenoord"da keçirdiyi 35 oyunda 3 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti