Xankəndi paytaxt ola bilərmi?

24 Oktyabr 2023 03:30 Araşdırma 1 184
Xankəndi paytaxt ola bilərmi?

“Azərbaycanın paytaxtının Bakıdan Xankəndiyə köçürülməsi vətəndaşlarımızın arzusudur.

Əsas həqiqət isə bir şeydir ki, Bakı həddindən artıq çox yüklənib. Bu, reallıqdır.

Ancaq paytaxt olaraq Bakını dəyişməyi düzgün hesab etmirəm. Bakı Azərbaycanın tarixi paytaxtıdır.

Bakının yükünü azaltmaq üçün tədbirlər görmək lazımdır. Paytaxtı başqa yerə, o cümlədən Xankəndiyə köçürmək barədə fikirləri bəyənmirəm.

Xankəndi Gəncəmiz, Sumqayıtımız, Mingəçevirimiz kimi respublika miqyaslı, respublika tabeli bir şəhər olacaq.

Paytaxtımız isə qədim Bakı şəhəridir. Bakıda tıxac, əhalinin sıxlığı kimi problemləri həll etməyin başqa yolları var. Yəqin ki, dövlət başçımız vaxtı gələndə bu barədə öz sözünü deyəcək”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Deputat Xankəndinin təhlükəsizlik baxımından daha səmərəli relyefdə yerləşdiyini deyənlərə isə belə cavab verib: “Bunu deyənlər səhv danışırlar. Yəqin ki, Xankəndinin yerləşdiyi coğrafi bölgə haqqında az məlumata sahibdirlər. Xankəndinin bir paytaxt şəhər kimi genişləndirilməsi, böyüməsi imkanları da məhduddur. Çünki dağətəyi yerdir, dərəlik-təpəlikdir. Təhlükəsizlik baxımından da heç əlverişli deyil. Əlverişli olsaydı, rəhmətlik Pənahəli xan Qarabağ xanlığını Şahbulaq qalasından köçürəndə Xankəndiyə köçürərdi, Şuşaya yox...”

Digər Xəbərlər
Xəbər Lenti