"Bir qədəh şərab mənim Messi olmağıma imkan vermədi”

7 İyun 2020 14:20 Dünya futbolu 1 127
"Bir qədəh şərab mənim Messi olmağıma imkan vermədi”

Niderland yığmasının və “Qalatasaray”ın keçmiş ulduzu Snayder maraqlı açıqlamalar verib.

Sportinfo.az xəbər verir ki, o, özünü Ronaldo və Messi kimi ulduzlarla müqayisə edib.

Deyib ki, onun da Messi və Ronaldo kimi futbolda sonsuz uğurlar qazanmaq imkanı olub. Vaxtilə “Real” və “İnter”in formasını geyinən 35 yaşlı yarımmüdafiəçi maraqlı etirafda bulunub:

“Bu səviyyəyə çatana kimi həm Messi, həm də Ronaldo çox əziyyət çəkiblər. Onlar sözün həqiqi mənasında fədakarlıq ediblər. Amma mən onlar qədər fədakar olmadım, həyatdan zövq aldım, axşamlar bir qədəh şərabdan imtina etmədim. Bəlkə də həmin o bir qədəh şərab mənim Messi olmağıma imkan vermədi”.

Digər Xəbərlər
Xəbər Lenti