İtaliyanın hansı klubu azərbaycanlı futbolçunu icarəyə götürəcək?

13 Avqust 2023 01:50 Bizimkilər 835
İtaliyanın hansı klubu azərbaycanlı futbolçunu icarəyə götürəcək?

Azərbaycanlı futbolçu Raul Yaqubov yeni mövsümə də İtaliyada başlayacaq.

Məsələ burasındadır ki, yarımmüdafiəçinin "Askoli" ilə müqaviləsi davam etməkdədir.

Futbolçu adıçəkilən klubla qışda müqavilə imzalasa da, yola saldığımız mövsümü icarə əsasında "İmoleze"də keçirmişdi.

Lakin bu klubun əsas heyətində bir oyunda belə meydana çıxmayıb. Zədədən əziyyət çəkən Yaqubov artıq sağalıb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, o, vətənə qayıdıb.

Yaxın günlərdə isə İtaliyada mövsümə hansı komandada başlayacağına qərar verəcək. "

İmoleze" Raulla icarə müddətini uzatmaq niyyətindədir. Amma klubun D seriyasında mübarizə aparması futbolçunun bu komandada qalmaq qərarına təsir edəcək.

Lakin Yaqubov daim əsas heyət oynayacağı sözünü rəhbərlikdən alarsa, yeni sezonu "İmoleze"də keçirməyə razılıq verəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı