Dünyanın ən yaxşı 11 gənc futbolçusu - ONLARA FİKİR VERİN!

6 İyun 2020 18:20 Dünya futbolu 1 099
Dünyanın ən yaxşı 11 gənc futbolçusu - ONLARA FİKİR VERİN!

Dünyanın ən yaxşı gənc futbolçularından ibarət simvolik komandası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, rəmzi komandaya 21 yaşadək oyunçular salınıb.

Gənclərə hər zaman üstünlük verməsi ilə diqqət çəkən Dortmund "Borussiya"sı 2 futbolçu ilə təmsil olunub.

Yığmalardan isə İngiltərə millisinin 2 üzvü ən istedadlı gənclərdən sayılır. Türkiyə millisinin müdafiəçisi Ozan Kabak da gələcəyin ulduzları arasında göstərilib.

Qapıçı: Radoslav Maetski ("Legiya", Polşa)
Müdafiəçilər: Ozan Kabak ("Şalke", Türkiyə), Matteys De Liqt ("Yuventus", Niderland), Ris Ceyms ("Çelsi", İngiltərə), Alfonso Devis ("Bavariya", Kanada)
Yarımmüdafiəçilər: Eduardo Kamavinqa ("Renn", Fransa), Sandro Tonali ("Breşiya", İtaliya), Kay Haverts ("Bayer", Almaniya)
Hücumçular: Ansu Fati ("Barselona", İspaniya), Ceydon Sanço ("Borussiya" Dortmund, İngiltərə), Erlinq Haland ("Borussiya" Dortmund, Norveç).

Digər Xəbərlər
Xəbər Lenti