"Qalatasaray"ın legionerini istəyən daha bir klub var

13 Avqust 2023 01:40 Türkiyə 969
"Qalatasaray"ın legionerini istəyən daha bir klub var

"Qalatasaray"ın futbolçusu Nikola Zaniolanın Türkiyəni tərk etməsi an məsələsidir.

Sportinfo.az xəbər verir ki, “Yuventus” və “Zenit”dən sonra onu transfer etmək istəyən daha bir komandanın adı bəlli olub.

"Aston Villa"nın Zaniola üçün hərəkətə keçib. İngiltərə klubunun baş məşqçisi Unai Emeri "Qalatasaray"ın yarımmüdafiəçisini sərəncamında görmək istəyir.

İspaniyalı mütəxəssis məsələ haqda bu cür danışıb:

"Nikola maraqlandığımız futbolçular siyahısında olanlardan biridir. Lakin gələ biləcək başqa oyunçular da var.

İndi komandaya kimin qoşulacağı 100% bəlli deyil. Ancaq deyim ki, Zaniola ilə maraqlanırıq".

Yeri gəlmişkən, "Zenit" italiyalı üçün 35 milyon avro transfer məbləği, özünə isə mövsümlük 9 milyon avro maaş ödəməyə hazırdır.

O, 2023-cü ilin fevralında “Roma”dan “Qalatasaray”a keçib. Zaniolonun İstanbul klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.

Yarımmüdafiəçi bütün yarışlarda 12 oyuna çıxıb, 5 qol vurub və bir məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti