Stadion problemi həllini tapdı - “Sabah” da burada oynayacaq

13 Avqust 2023 08:30 Hadisə 2 330
Stadion problemi həllini tapdı - “Sabah” da burada oynayacaq

“Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Partizan”ın stadion problemi həllini tapıb.

Sportinfo.az xəbər verir ki, Belqrad təmsilçisinin ev oyunlarını keçirdiyi “Partizan” stadionunda elektrik enerjisi bərpa olunub.

Arenanın projektorları, eyni zamanda, paltardəyişmə otaqları artıq işıqlandırılır.

“Partizan”ın “Sabah”la cavab qarşılaşması da həmin stadionda baş tutacaq.

Bakıda keçirilən ilk görüşdə “Sabah” “Partizan”ı 2:0 hesabı ilə məğlub edib. Komandalar arasında Belqraddakı cavab matçı avqustun 17-də təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti