FIFA bu kluba transfer qadağası qoydu

5 İyun 2020 11:20 Dünya futbolu 357
FIFA bu kluba transfer qadağası qoydu

FIFA Rusiyanın "Rubin" klubunu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, ali futbol qurumu Kazan təmsilçisinə transfer qadağası qoyub.

Səbəb klubun 2018-ci ildə Sloveniya "Olimpiya"sından heyətinə qatdığı xorvatiyalı müdafiəçi Filip Uremoviçin transfer məbləğini qarşı tərəfin hesabına gec köçürdüyü üçün yaranan cəriməni ödəməməsidir.

Nəticədə FIFA-ya müraciət edən Lyublyana təmsilçisi "Rubin"in cəzalandırılmasına nail olub. Filip Uremoviçin "Rubin"lə 2024-cü ilin yayınadək müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!