Azarkeşlər oyuna parklama sahəsində baxır - FOTOLAR

2 İyun 09:56 Dünya futbolu 86
Azarkeşlər oyuna parklama sahəsində baxır - FOTOLAR

"Midtüllann" ev oyunlarında azarkeşlərini sevindirməyi qərara alıb.

Sportinfo.az xəbər verir ki, fanatlar üçün sevimli komandalarını hazırkı şərtlərdə ən yaxın məsafədən dəstəkləmək imkanı yaradılıb.

Stadionlara giriş qadağan olunsa da, "MCH Arena" yaxınlığındakı parklama sahəsində böyük ekran qurulub. Həmin ərazidə "Midtüllann"a azarkeşlik etmək olar.

Danimarka Super Liqasının XXV turunda "Midtüllann" evdə "Horsens"ə uduzub - 0:1. Bununla belə, Herninq şəhərinin təmsilçisi 62 xalla liderdir və ən yaxın izləyicisi "Kopenhagen"i 9 xal qabaqlayır.

Xəbər Lenti
2 İyul 10:10 Kamran Quliyevin sirki
2 İyul 01:38 Qalmaqallı ayrılıq