Tanınmış iş adamı: "Siz futbolda 100 milyonluq transfer görməyəcəksiz"

24 May 2020 09:20 Dünya futbolu 351
Tanınmış iş adamı: "Siz futbolda 100 milyonluq transfer görməyəcəksiz"

Tanınmış ispaniyalı iş adamı, “Mediapro” teleşirkətinin prezidenti Xaume Raures “Barselona”nın maddi vəziyyəti haqda danışıb.

o, Kataloniya klubunun iqtisadi durumunun yaxşı olmadığını söyləyib:

“Mən artıq bildirmişəm ki, klubun bank hesabında böyük problemlər var. Görünür, bu, heç kimi narahat etmir. Koronavirusa görə klubun yaranmış əlavə borclarını da hesablayın.

Siz futbolda daha 100 milyonluq və daha böyük məbləğli transferlər görməyəcəksiz. Bu, bütün futbolda, əsasən da “Barselona” kimi komandaların timsalında daha qabarıq üzə çıxacaq.

Daha hec kim bir futbolçuya 100-150 milyon verməyəcək. Bu qədər pulu banklardan götürmək çətin olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"