FİFA-nın koronavirusla bağlı tövsiyələri

9 Aprel 2020 17:02 Dünya futbolu 433
FİFA-nın koronavirusla bağlı tövsiyələri

Sportinfo.az xəbər verir ki, FİFA koronavirusun yaratdığı durumla bağlı tövsiyələrini açıqlayıb.

Təşkilat klublara tövsiyə edib ki, yayda müqaviləsi bitən futbolçularla anlaşmanı uzatsınlar. Məvaciblərin azaldılması məsələsinə münasibət bildirən FİFA, klubları müstəqil qərar verməyə çağırıb.

Amma bildirib ki, mübahisəli məqamlarda müstəqil məhkəmə rolunda çıxış edə bilər. FİFA yay transfer pəncərəsinin də müddətini dəyişəcək. Bu tarix, koronavirus epidemiyasından sonra çempionatların davam etdirilməsi və yekunlaşmasından asılı olacaq.

Bir müddət əvvəl UEFA prezidenti bildirmişdi ki, avrokuboklar ya avqusutun 3-nə qədər keçirilməli, ya da ləğv olunmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti