Koronavirusdan faydalanmaq istəyən klublar var

5 Aprel 2020 16:28 Dünya futbolu 368
Koronavirusdan faydalanmaq istəyən klublar var

Holland mütəxəssis Lui van Qal bəzi çempionatların erkən yekunlaşdırılmasının əleyhinə çıxış edib.

Sportinfo.az xəbər verir ki, Van Qal koronavirus epidemiyasından bəzi klubların yararlanmaq istədiyini bildirib:

“FİFA və UEFA qaydaları tənzimləməli və manevr üçün imkanlar yaratmalıdır. Bundan sonra işə başlaya bilərik.

Həftə ərzində daha çox oyun keçirməklə növbəti mövsümü bir qədər genişləndirə bilərik. Koronavirusdan faydalanmaq istəyən klublar var. 25 oyundan sonra “Ayaks”ı çempion elan etmək olmaz. Axı “AZ Alkmar”ın da xalı “Ayaks”la eynidir. Məgər bunun heç bir əhəmiyyəti yoxdur?".

Digər Xəbərlər
Xəbər Lenti