"İnter"ə qarşı meydana çıxan Vüsalın oyunundan VİDEO

14 Avqust 2023 02:20 Bizimkilər 837
"İnter"ə qarşı meydana çıxan Vüsalın oyunundan VİDEO

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, rəqib İtaliya nəhəngi "İnter" olub.

Milanda oynanılan görüş "İnter"in 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal İsgəndrəli matçın 75-ci dəqiqəsində - komandası hesabda 2:1 irəli olan zaman meydana daxil olub.

"İnter" (Milan, İtaliya) - "Eqnatiya" (Albaniya) - 4:2

Qollar: Dvamena, 6 (0:1), Barella, 55 (1:1), Medeyros, 68-pen. (1:2), Martinez, 80 (2:2), 82-pen. (3:2), Stabile, 90 (4:2)

Digər Xəbərlər
Xəbər Lenti