"Futbolçular maaş almadan 6 ay və ya 1 il yaşaya bilər"

3 Aprel 2020 09:14 Dünya futbolu 501
"Futbolçular maaş almadan 6 ay və ya 1 il yaşaya bilər"

"Boka Xuniors"un hücumçusu Karlos Teves "America" kanalına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu koronavirus pandemiyasının futbola təsirindən danışıb.

36 yaşlı oyunçu futbolçuların maaşlarında endirimə getməli olduğunu deyib: "Daha çox futbolçu fondlara yatırım etməlidir. İnsanlara kömək etməliyik.

Futbolçular, aktyorlar və digər şəxslərin kasıblara kömək etməsi möhtəşəm örnək olardı. Mən bunu edə bilərəm. Futbolçular maaş almadan 6 ay və ya 1 il yaşaya bilər.

Biz onlar kimi kasıb deyilik. Fərqli həyata da sahib ola bilərdik, amma belə deyil. Gündəlik qazancı olan insanları düşünün. Səhər 6-da evdən çıxıb, axşam 7-də qayıdan insanlar kimi ümidsiz deyilik.

Mənim kimi, evində uşaqlarının qidası olanlar üçün danışmaq rahatdır. Belə vəziyyətdə futbolçuların durumu müzakirə edilməməlidir. Çölə çıxacağı halda cərimələnəcək, evində qalan ümidsiz insanlar üçün narahatam.

Klublar da bu işə daxil olmalıdır. Səhərlər məşqi bərpa etmək əvəzinə, insanlar üçün nəsə etməyi tələb etmək lazımdır. Əsl örnək çölə çıxıb, ehtiyacı olanlara kömək etməyimiz olar, evdə canlı yayım açmaq yox".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi