Bu ölkədə aprelin 5-də yeni mövsümə start veriləcək

2 Aprel 2020 11:06 Dünya futbolu 684
Bu ölkədə aprelin 5-də yeni mövsümə start veriləcək

Tacikistan Futbol Federasiyası bu ölkənin milli çempionatında yeni mövsümün başlama tarixini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, qurumun rəsmi saytı yeni mövsümə aprelin 5-də start veriləcəyini açıqlayıb.

Bütün dünyada koronavirus pandemiyasına görə milli çempionatlarda, ümumiyyətlə futbol və idman yarışlarında fasilə yarandığı bir vaxtda, taciklərin bu qərarı gözlənilməz olub.

Sadəcə, Tacikistan Futbol Federasiyası oyunların azarkeşsiz keçiriləcəyini bəyan edib. Rəsmi açıqlamalara inansaq, Tacikistanda hələlik koronavirusa yoluxan yoxdu.

Digər Xəbərlər
Xəbər Lenti