"Bu işin bu qədər irəli gedəcəyini kim təxmin edərdi?"

31 Mart 2020 11:06 Dünya futbolu 357
"Bu işin bu qədər irəli gedəcəyini kim təxmin edərdi?"

UEFA prezidenti Aleksander Çeferin koronavirusun Avropaya yayılmasında Çempionlar Liqasının 1/8 final mərhələsində "Atalanta" və "Valensiya" arasında keçirilmiş cavab görüşünün böyük təsirinin olduğuna dair iddialara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumunun rəhbəri bu matçın "bioloji bomba" təsiri yaratdığı fikri ilə razılaşmayıb.

Onun sözlərinə görə, fevralın 19-da İtaliyanın Lombardiya vilayətinin hücumun mərkəzi ola biləcəyini heç kim öncədən deyə bilməzdi: "Bu işin bu qədər irəli gedəcəyini kim təxmin edərdi? Qərarları bir günə vermirik.

İtaliyalı rəsmi şəxslərdən soruşduq. Onlar matçla bağlı heç bir sıxıntının olmadığını söylədilər. Sərhədlər açıq idi. Oyun günü minlərlə azarkeş stadiona girdi. Burada məsuliyyət oyuna cavabdeh olan yerli təşkilatçılarda idi".

"Atalanta" iki oyunun nəticəsinə (evdə 4:1, səfərdə 4:3) əsasən, "Valensiya"nı mübarizədən kənarlaşdırıb və 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti