“Neftçi”nin yeni transferi: “Mən qələbə qazandıqdan sonra danışmağın tərəfdarıyam"

15 Noyabr 2023 16:00 Neftçi 1 027
“Neftçi”nin yeni transferi: “Mən qələbə qazandıqdan sonra danışmağın tərəfdarıyam"

."Klubun oyundan əvvəl sosial şəbəkədə paylaşdığı məlum videodan xəbərim var.

Ondan sonra motivasiya götürüb "Sumqayıt"a qalib gəlməliydik, amma təəssüflər olsun ki, alınmadı".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Reziuan Mirzov "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIII turunun matçı barədə mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi belə videoların çox maraqlı olduğunu bildirib:

"Rusiyada və dünyada bundan istifadə edirlər. Lakin mən meydanda qələbə qazandıqdan sonra danışmağın tərəfdarıyam".

Digər Xəbərlər
Xəbər Lenti