“Messi dünyanın ən yaxşılarına yaxın da düşmür"

26 Fevral 2020 12:07 Dünya futbolu 2 221
“Messi dünyanın ən yaxşılarına yaxın da düşmür"

Argentina yığmasının sabiq qapıçısı Uqo Qatti “Barselona”nın futbolçusu Lionel Messi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Qatti Leonun Maradona ilə müqayisə edilməsinə də münasibət bildirib. O, Messinin dünya futbolunun ən yaxşıları sırasında olmadığını iddia edib:

“O, mənim gördüyüm ən yaxşılara yaxın da düşmür. Mənin gördüyüm ən yaxşı Pele idi. Daha sonra Alfredo di Stefano.

Qalanları onlardan çox geridədirlər. Hətta Ronaldo ən yaxşı vaxtlarında Messidən üstün idi. Mən Maradona ilə
“Boko”da və Argentina yığmasında oynamışam.

Heç bir şübhəm yoxdur ki, Dieqo ondan üstündür. Bundan əlavə, Dieqo özünü böyük oyunlarda sübut edib, Messi isə yox”.

Digər Xəbərlər
Xəbər Lenti