"Neftçi"nin 3 futbolçusu "Sabah"la matça çıxmayacaq

20 Yanvar 17:20 Neftçi 1 434
"Neftçi"nin 3 futbolçusu "Sabah"la matça çıxmayacaq

"Neftçi" Premyer Liqanın 19-cu turunda səfərdə qarşılaşacağı "Sabah"la oyuna üç itki ilə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, matçdan əvvəl keçirilən məşq prosesində Qara Qarayev, Reziuan Mirzov və Emil Balayevdən başqa bütün futbolçular iştirak ediblər.

"Sabah" - "Neftçi" qarşılaşması sabah saat 16:00-da "Bank Respublika Arena"da oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti