"No rasizm" deməklə deyil ki...

17 Fevral 2020 10:12 Dünya futbolu 766
"No rasizm" deməklə deyil ki...

Portuqaliya çempionatının ötən gecə keçirilən "Vitoriya Gimaraynş" - "Porto" matçında xoşagəlməz anlar yaşanıb. Sportinfo.az xəbər verir ki, qonaq komandanın oyunçusu Mussa Mareqa yerli azarkeşlər tərəfindən irqçi hərəkətlərlə təhqir olunub.

Hadisə qarşılaşmanın 60-cı dəqiqəsində - Mareqa "Porto"nun 2-ci qolunu meydan sahiblərinin qapısına vurduqdan sonra baş verib. "Vitoriya" fanatları malili futbolçuya oyuncaq meymun qulaqları atmaqla kifayətlənməyib, hətta oturacaqları da yerindən çıxararaq ona doğru tullayıblar.

Mareqa isə buna etiraz olaraq meydançanı tərk edib. Yalnız komanda yoldaşları və məşqçilərin xahişindən sonra o geri qayıdıb. Bununla belə 10 dəqiqə sonra baş məşqçi Mareqanı əvəvzləyib. Görüş isə elə Mareqanın vurduğu qolun sayəsində "Porto"nun 2:1 hesablı qələbəsi ilə bitib.

Gimaraynşlı fanatların Mareqaya qarşı irqçi hərəkətinin səbəbi isə bu futbolçunun vaxtilə "Vitoriya"da oynaması və dünənki qarşılaşmada keçmiş komandasına vurduğu qolu çılğın şəkildə qeyd etməsi olub.

Digər Xəbərlər
Xəbər Lenti