"Nə yaxşıyam, nə də pis"

15 Fevral 2020 15:04 Dünya futbolu 402
"Nə yaxşıyam, nə də pis"

"Mən yaxşıyam. Fiziki məhdudiyyətlərimi mümkün qədər qəbul edirəm. Amma oyunu davam etdirmək niyyətindəyəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri əfsanəvi futbolçu Pele səhhəti barədə danışarkən deyib.

Oktyabrda 80 yaşını tamamlayacaq braziliyalı ötən ay fotoçəkiliş etdiyini və hazırda haqqında sənədli film hazırlandığını da bildirib:

"Nə yaxşıyam, nə də pis. Bu yaşda olan bir insan üçün normaldır. Heç nədən qorxmuram. Qətiyyətimə əminəm. Planlarımı, öhdəliklərimi yerinə yetirməkdən qaçmağa çalışmıram".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!