“Qarabağ”da karyerasının ən möhtəşəm oyununu keçirdi, ağalıq etdi” - VİDEO

14 Noyabr 2023 16:00 Qarabağ 3 340
“Qarabağ”da karyerasının ən möhtəşəm oyununu keçirdi, ağalıq etdi” - VİDEO

“Açığı, bu oyunda məni yaxşı mənada təəccübləndirən Marko Veşoviç oldu”.

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Qarabağ” və “Bayer” arasında keçirilən Avropa Liqasının qrup mərhələsinin dördüncü matçı (0:1) barədə danışıb.

Tanınmış teleşərhçi 4 aydan sonra yaşıl sahələrə dönən monteneqrolu müdafiəçinuin ünvanına tərif yağdırıb:

“Veşoviç bəlkə də karyerasının ən möhtəşəm oyununu keçirdi. Xeyli müddət zədədən əziyyət çəkməsinə baxmayaraq.

Oynadığı cinahda ağalıq edirdi. Qrimaldo ilə eyni cinahda yer alsa da, bu rəqabətdən dəfələrlə qalib ayrıldı”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti