“Ərdoğanın bəyanatı bizim üçün çox böyük dəstək idi” - İlham Əliyev

12 Fevral 2020 13:30 Bizimkilər 742
“Ərdoğanın bəyanatı bizim üçün çox böyük dəstək idi” - İlham Əliyev

“İkinci Qarabağ müharibəsinin ilk saatlarından Türkiyə rəhbərliyi ilə xalqı bizimlə çiyin-çiyinə dayanmışdı.

Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi bəyanat ki, Azərbaycan yalnız deyil, - bu, bizim üçün çox böyük dəstək idi”.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

“Biz bütün 44 gün ərzində həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Prezident Ərdoğan bir neçə dəfə ictimai şəkildə Türkiyənin mövqeyini bəyan etdi və digər dövlət rəsmiləri də bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Bu, bizim üçün çox böyük mənəvi və siyasi dəstək idi”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Dövlət başçısı daha sonra əlavə edib: “İkinci Qarabağ müharibəsində qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətləri rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq”.

Prezident Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayaraq deyib: “Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük nailiyyətdir, böyük sərvətdir. Həmin bəyannamə bizim qarşımızda yeni üfüqlər açır”.

Digər Xəbərlər
Xəbər Lenti