İşçi vizası ala bilmir, ayrıca məşq edir

11 Fevral 2020 18:04 Dünya futbolu 1 019
İşçi vizası ala bilmir, ayrıca məşq edir

“Los-Anceles Qelaksi”nin yeni transferi Xavyer Ernandes komanda ilə birgə məşq edə bilmir.

Sportinfo.az xəbər verir ki, Çiçarito hələ işçi vizası ala bilməyib. Ona görə də, meksikalı fərdi məşqlə kifayətlənir:

“Bu prosesə hörmət etməliyik. Ümid edirəm ki, viza tezliklə veriləcək.

Səbr etmək lazımdır. Çünki proses məndən asılı deyil. Bir çox insanlar bu məsələ ilə məşğuldur. Onlar çalışırlar ki, vizanı ən qısa vaxtda əldə edə bilim.

Ümid edirəm ki, bu həftə ərzində viza ala biləcəm. Formamı qorumaq üçün fərdi məşq edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti