Depressiyaya düşüb

11 Fevral 2020 16:54 Dünya futbolu 471
Depressiyaya düşüb

Əfsanəvi futbolçu Pelenin oğlu atasının sağlıq durumu ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, oğlu atasının durumunun yaxşı olmadığını bildirib. O, Pelenin depressiyaya düşdüyünü bildirib:

“O, çox zəifləyib. Əməliyyat olundu, amma reabilitasiya yaxşı keçmədi. Onun hərəkət etməklə bağlı problemi var. Demək olar ki, hərəkət edə bilmir. Bu da onda depressiya yaradır.

Təsəvvür edirsiniz, o futbolun kralıdır, daim diqqət mərkəzində olub. İndi isə hərəkət edə bilmir. Bu da ona pis təsir edir. Çox utancaq olub, fikirli həyat tərzi keçirir”.

Digər Xəbərlər
Xəbər Lenti