"Atam normal yeriyə bilmir və bundan utanır”

11 Fevral 2020 09:56 Dünya futbolu 478
"Atam normal yeriyə bilmir və bundan utanır”

Əfsanəvi Pelenin oğlu Edino atasının səhhətindən danışıb.

Sportinfo.az xəbər verir ki, Edino 79 yaşlı atasının səhhətinin yaxşı olmadığını bildirib.

"O, kifayət qədər zəifləyib. Bud-çanaq oynağından cərrahi əməliyyat keçirdi və bərpa mükəmməl deyil. Hərəkət etməsində problemlər var.

Bunlar isə öz növbəsində onun depressiyasına səbəb olur. Təsəvvür edin, o (futbol-red) kraldır, həmişə futbol dünyasında nüfuzlu fiqur olub, amma indi normal gəzə bilmir.

Bundan utanır. Küçəyə çıxmaq, özünü nümayiş etdirmək, çöldə olmaq istəmir, heç nə etmək istəmir. O, utancaq olub, rahib həyat tərzi keçirir", - deyə Edino bildirib.

Digər Xəbərlər
Xəbər Lenti