“Böyük beşlik” klubları transferlərə nə pul xərcləyib?

8 Fevral 2020 16:45 Dünya futbolu 727
“Böyük beşlik” klubları transferlərə nə pul xərcləyib?

Avropanın TOP-5 klublarının qış transfer pəncərəsi dövrünün maliyyə hesabatı məlum olub.

Sportinfo.az xəbər verir ki, qış fasiləsində transferlərə ən çox pul xərcləyən İngiltərə təmsilçiləri olub. Premyer Liqa klubları ümumilikdə 41 futbolçu transfer edərkən buna 227 milyon avro xərcləyib.

2-ci sırada isə İtaliya klublarıdır. A Seriyası təmsilçiləri heyətlərinə qatdıqları 80 futbolçu üçün 214 milyon avro ödəyib. Siyahının 3-cü sırasında isə Almaniya klublarıdır. Bundesliqa təmsilçiləri 40 transferə 195 milyon avro xərcləyib.

4-cü sırada La Liqa (46 futbolçu, 129,5 milyon), 5-ci yerdə isə Liqa 1 (40 futbolçu, 123 milyon avro) yer alıb.

Qış transfer pəncərəsi dövrünün ən bahalı transferini “Mançester Yunayted” reallaşdırıb. “Qırmızı şeytanlar” “Sportinq”dən heyətinə qatdığı Bruno Fernandes üçün 55 milyon avro ödəyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda