Tanınmış futbolçu ürəyindəki problemlərdən sonra komandaya qayıtdı

8 Fevral 2020 12:02 Dünya futbolu 430
Tanınmış futbolçu ürəyindəki problemlərdən sonra komandaya qayıtdı

"Ayaks"ın futbolçusu Deyli Blind ürəyindəki problemlərdən sonra komandaya geri dönüb.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Hollandiya çempionatının 22-ci turunda səfərdə qarşılaşacaqları "Utrext"lə matçın iştirak ərizəsinə daxil edilib.

Ötən ilin sonlarında Deyli Blində miokardit diaqnozu qoyulub. Daha sonra 29 yaşlı oyunçu əməliyyat olunub. Atası Danni Blind oğlunun meydana potensial dönüşünün 100 faiz təhlükəsiz olmadığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti