Bu hücumçunu 17 milyon avroya birdəfəlik aldılar

29 Yanvar 2020 00:42 Dünya futbolu 538
Bu hücumçunu 17 milyon avroya birdəfəlik aldılar

"Flamenqo" 2019-cu ilin yanvarında "İnter"dən icarəyə götürdüyü Qabriel Barbozanın transfer hüququna yiyələnib.

Sportinfo.az xəbər verir ki, Rio-de-Janeyro təmsilçisi "Qabiqol" ləqəbli futbolçunu 17 milyon avroya birdəfəlik transfer edib.

23 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. "İnter" braziliyalını 2016-cı ildə "Santos"dan 29,5 milyon avroya transfer etmişdi. Barboza ötən il 41 oyuna 34 qol vurub, 11 assist etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti