Kərim Niderland klubunda - RƏSMİ

28 Yanvar 2020 16:05 Dünya futbolu 862
Kərim Niderland klubunda - RƏSMİ

Transfer hüququ "İstanbul Başakşəhər"ə məxsus olan Kərim Fray kareyerasını Niderlandda davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı avstriyalı vinger Eredivizinin ortabablarından "Emmen"ə keçib.

Turnir cədvəlinin 12-ci pilləsində qərarlaşan Emmen təmsilçisi Kərimi mövsümün sonuna qədər icarəyə götürüb. O, son olaraq İsraildə Hayfa "Makkabi"sinin uğurları üçün çalışıb, 16 oyuna 1 qol vurub.

Fray “Beşiktaş”, “Fulhem”, “Kardiff Siti” və “Birmingem Siti” klublarında çıxış edib. 2017-ci ildən "Başakşəhər"in futbolçusudur.

Digər Xəbərlər
Xəbər Lenti