Maradona millidən imtina etməsinin səbəbini açıqladı

25 Yanvar 2020 17:05 Dünya futbolu 576
Maradona millidən imtina etməsinin səbəbini açıqladı

Argentinanın "Ximnasia və Esqrima" klubunun baş məşqçisi Dieqo Maradonaya milli komandadan dəvət gəlib.

Sportinfo.az xəbər verir ki, lakin dünya futbolunun canlı əfsanəsi Venesuela yığmasını çalışdırmağa razı olmayıb.

Bu barədə məlumatı "Fox" kanalına açıqlamasında 60 yaşlı mütəxəssisin özü deyib. Maradona imtinanı hazırkı komandasında işini davam etdirmək istəyilə əlaqələndirib. O, deyib ki, La Plata klubuna söz verib və onları tərk edə bilməz.

Dieqo bu kluba 2019-cu ilin sentyabrında baş məşqçi təyin olunub. Dekabrda istefa vermək istəsə də, klub rəhbərliyi razı olmamışdı.

Digər Xəbərlər
Xəbər Lenti