"Zəhmət çəkdik, Azərbaycan komandasını məğlub etdik"

11 Oktyabr 2023 13:20 Futzal 1 086
"Zəhmət çəkdik, Azərbaycan komandasını məğlub etdik"

Qazaxıstan millisinin futzalçısı Abdirasul Abdimanapouli 2024-cü il dünya çempionatının seçmə mərhələsində Bakıda Azərbaycan yığması üzərində qazandıqları qələbəni (4:2) şərh edib və komandalar arasındakı növbəti duel haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, “Kazfootball.kz portalına danışan qazaxıstanlı futzalçı bu cür danışıb:

"Azərbaycana qarşı ilk oyun (4:2) yaxşı alındı. Onları təhlil yaxşı etmişdik deyə, qələbə qazandıq.

Necə deyərlər, hər şey zəhmətlə əldə edilir! İndi doqquz xalla qrupumuzda birinci yerdəyik. Azərbaycanla ikinci oyunu gözləyirik, bu dəfə evdə, azarkeşlərimizin önündə. Paytaxtda oynayacağıq və azarkeşlərin dəstəyinə ümid edirik.

Komandada yaxşı ab-hava var. Milli komanda artıq əvvəlki kimi deyil. Əsəbi və narahat olmağı dayandırdıq.

Azərbaycana qarşı iki dəfə oynadım, etimadına görə baş məşqçi Kakaya təşəkkür edirəm.

Qrupumuzda birinci yeri tutmaq və 2024-cü ildə Daşkənddə keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq istəyirik".

Qazaxıstan - Azərbaycan oyunu oktyabrın 11-də "Jekpe-Jek" arenasında keçiriləcək və saat 18:00-da başlayacaq.

Xəbər Lenti