Ronaldinyonun birlikdə çalışdığı ən yaxşı baş məşqçi

20 Yanvar 2020 12:02 Dünya futbolu 833
Ronaldinyonun birlikdə çalışdığı ən yaxşı baş məşqçi

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Ronaldinyo, karyerası ərzində işlədiyi ən yaxşı baş məşqçinin adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “Marca” nəşrinə danışan keçmiş yarımmüdafiəçi, Frank Raykardın ən yaxşı olduğunu deyib:

“O, əla məşqçi və sakit insandır. Raykard birlikdə çalışdığım ən yaxşı baş məşqçidir. O, hər şeyi bilirdi və bu, bizim üçün çox şeyi sadələşdirirdi.

Raykard mənə sərbəstlik verdi və futbolumu oynamağıma şərait yaratdı. Ancaq top bizdə olmayanda da öz üzərimə düşənləri etmək məcburiyyətindəydim”.

Ronaldinyo il Raykard 2003-2008-ci illər aralığında “Barselona”da olub.

Digər Xəbərlər
Xəbər Lenti