"Neftçi"dən aya 10 min dollar alırdı, indi isə... - RUSLAN AÇIQLADI

15 Yanvar 2020 17:48 Dünya futbolu 1 780
"Neftçi"dən aya 10 min dollar alırdı, indi isə... - RUSLAN AÇIQLADI

"Neftçi"dən ayrılan Kirill Petrovun karyerasını vətənində - "Kolos"da davam etdirəcəyi dəqiqləşib. Bu barədə Ukrayna Premyer Liqası təmsilçisinin baş məşqçisi Ruslan Kostışin məlumat verib.

O, 5 futbolçu ilə müqavilə bağladıqlarını deyib: "Heyətə hələlik 5 futbolçu əlavə etmişik, onlardan birini "Zarya"dan icarəyə götürmüşük. "Neftçi"də daim oynayan Kirill Petrov da artıq bizimlədir. Ümid edirəm ki, bütün transferlər komandaya xeyir verəcəklər".

Petrovun "Neftçi" ilə müqaviləsinə iki gün əvvəl xitam verilib. Adıçəkilən legioner bu mövsüm "ağ-qaralar"ın heyətində 17 matçda iştirak edib. Ruslan Kostışin Ukrayna millisinin sabiq üzvünün Kovalyovka klubu ilə müqaviləsinin detalları barədə heç bir bilgi verməsə də, Sportinfo.az-ın əldə etdiyi məlumata görə, "Neftçi"dən hər ay 10 min dollar maaş alan müdafiəçi "Kolos"la iki dəfə aşağı məbləğə razılaşıb.

"Kolos" 18 turdan sonra 20 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb, lider "Şaxtyor"dan 30 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti