Hakimlər Departamenti əcnəbiyə tapşırıldı - FOTO

10 Yanvar 2020 09:23 Dünya futbolu 772
Hakimlər Departamenti əcnəbiyə tapşırıldı - FOTO

Rusiya Futbol İttifaqının Hakimlər Departamentinin yeni rəhbəri bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu posta macarıstanlı sabiq futbol hakimi Viktor Kaşşai gətirilib.

Kaşşai bu vəzifədə Aleksandr Yeqorovu əvəzləyib. Yeqorov Rusiya çempionatındakı vəziyyəti düzəltmək üçün dekabrın sonuna kimi təyin olunmuşdu.

Qeyd edək ki, Viktor Kaşşai dekabrın sonunda karyerasını bitirib. 1999-cu ildən hakimliyə başlayan Kaşşai 2003-cü ildən oyunlara FIFA referisi kimi təyinat alıb.

O, Pekin-2008 Yay Olimpiya Oyunlarının, 2011-cü ildə Çempionlar Liqasının (ÇL) finalını və 2016-cı Avropa çempionatının açılış oyununu idarə edib.

Kaşşai 2005/2006 mövsümündə ÇL-in II təsnifat mərhələsində "Neftçi"nin evdə Belçika "Anderlext"ini 1:0 hesabı ilə məğlub etdiyi matçı da idarə edib.

O həmçinin 2016/2017 mövsümündə Avropa Liqasının pley-offunda "Qəbələ"nin Sloveniyada "Maribor"a 0:1 hesabı ilə uduzduğu qarşılaşmada da iş başında olub. Macarıstanlı ədalət təmsilçisi 2011-ci ildə FIFA tərəfindən ilin ən yaxşı baş hakimi seçilib.

Digər Xəbərlər
Xəbər Lenti