Futbolçusunu içkiyə qurşandığı üçün qovdu - FOTO

8 Yanvar 2020 19:45 Dünya futbolu 444
Futbolçusunu içkiyə qurşandığı üçün qovdu - FOTO

"Rostov" Raqnar Siqurdsonla müqaviləni ləğv edib.

Sportinfo.az xəbər verir ki, buna islandiyalı müdafiəçinin nizam-intizam qaydalarını pozması və içkiyə qurşanması səbəb olub.

33 yaşlı oyunçu bu hərəkətinə görə məşqçilər heyəti və klub rəhbərliyindən üzr istəyib. Lakin bu da onun komandada qalmasına kifayət etməyib. Klub rəhbərliyi İslandiya millisinin üzvü ilə yolları ayırmaq qərarına gəlib.

2018-ci ildə İngiltərə"nin "Fulhem" klubundan "Rostov"a transfer olunan Raqnar Siqurdson bu mövsüm Rusiya Premyer Liqasında 13 görüşdə meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"