"Azarkeşlər Messidən millidə də uğur gözləyir"

8 Yanvar 2020 22:15 Dünya futbolu 595
"Azarkeşlər Messidən millidə də uğur gözləyir"

2003-cü ildə "Barselona"da 15 oyun keçirmiş Argentina yığmasının keçmiş yarımmüdafiəçisi Xuan Pablo Sorin Kataloniya klubunun lideri Lionel Messi barədə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 11 il millidə forma geyinmiş 43 yaşlı veteran "Barsa"nın kapitanından yığmada da uğur gözlədiyini deyib.

Sorin Messinin qeyri-adi futbolçu olduğunu bildirib: "Bunu təkrar deməyə ehtiyac yoxdur, onun bacarığı, topla rəftarı, zərbələri, məsuliyyət hissi mükəmməldir. Ancaq təəssüf ki, millidə vəziyyət bir qədər fərqlidir. O, "Barsa"da istədiyini edir. Bilirəm, Argentina millisində ciddi uğur qazanmaq onun da arzusudur. Çünki argentinalı bütün futbol azarkeşləri Messinin milli ilə nəsə qazanacağını gözləyir. Alınacaqmı?.. Dəqiq bilmirəm".

Xuan Pablo Sorin 1995/2006-cı illərdə yığmanın şərəfini 75 oyunda qoruyub, 11 qolla yadda qalıb. "Yuventus", "Latsio", PSJ, "Vilyarreal" və "Hamburq" kimi klublarda çıxış edib. Karyerasını 2009-cu ildə Braziliyanın "Kruzeyru" klubunda başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti