Bolqar azarkeşi Afinada öldürdülər

7 Yanvar 2020 20:13 Dünya futbolu 528
Bolqar azarkeşi Afinada öldürdülər

Üç bolqar azarkeş Yunanıstanın Saloniki çəhərində PAOK-un fanatlarının hücumuna məruz qalıb.

Sportinfo.az xəbər verir ki, təxminən 20-yə yaxın azarkeş şəhərin mərkəzində gəzən 3 bolqar fanata hücum ediblər. Onlardan birini döyərək yola atıblar. Bu vaxt onun üstündən avtomobil keçib. Sürücü hadisə yerindən qaçıb.

Ciddi xəsarət alan bolqarın həyatını xilas etmək mümkün olmayıb. Polis 14 nəfəri həbs edib. Hadisə yerindən qaçan sürücü isə axtarışa verilib.

Hadisəyə səbəb isə PAOK-un “Aris”ə məğlubiyyəti (2:4) olub. Bolqarıstanın “Botev” klubu ilə “Aris” arasında dostluq münasibətləri var. Hücuma məruz qalan fanatlar da PAOK-la qarşılaşmada “Aris”ə dəstək olmaq üçün Yunanıstana gəlibmişlər.

Digər Xəbərlər
Xəbər Lenti