"Astana" Qriqorçukla yolları ayırır

15 Dekabr 2019 17:39 Dünya futbolu 985
"Astana" Qriqorçukla yolları ayırır

"Astana" Roman Qriqorçukla yollarını ayırmağa hazırlaşır. Sportinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

İddiaya görə, rəhbərlik qazanılan çempionluğa baxmayaraq, komandanın avrokuboklardakı çıxışından narazıdır. Buna görə də ukraynalı mütəxəssisin dekabrın 31-də başa çatacaq müqaviləsi yenilənməyəcək.

Artıq 53 yaşlı məşqçinin yerinə namizəd axtaran "Astana" rəhbərliyi "ÇFR Kluj"un baş məşqçisi Dan Petreskuya rəsmi təklif göndərib. Ancaq daha iddialı çempionatda işləmək istəyən rumıniyalı paytaxt təmsilçisinə "yox" deyib.

Digər Xəbərlər
Xəbər Lenti